İranın ballistik raketlərinin inkişafı və yayılması regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
Onun sözlərinə görə, ABŞ İranın ballistik raket proqramının inkişaf etdirilməsinə qarşıdır.
Qeyd edək ki, 25 mayda İran “Xeybər” ballistik raketini sınaqdan keçirmişdi.