İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro ödəyib.
AzerTimes xəbər verir ki, bu barədə Azfront məlumat yayıb.
Məlumata görə, İranın “Black Rewards” haker qrupu bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişləri ilə bağlı daxili sənədlərini dərc edib.
Bu sənədlər adıçəkilən təşkilatın rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır.
Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var. O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.
2022-ci ilin aprelində Moskvaya da 40.000 avroluq transfer də var.
Köçürmələr İran Dövlət Bankından həyata keçirilib.