Xəbər - Elnur Bağışov – Trend:
İran Azərbaycanın önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir.
AzerTimes-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyi öz Twitter səhifəsində paylaşıb.
İran Səfirliyi jurnalistlərin ailələrinə səbr diləyir: “Əziz şəhidlərin ruhuna rəhmət diləyirik”.
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.