İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahı Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcək.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı general Pasdar Məhəmməd Pakvər bəyan edib.
Onun sözlərinə görə, hərbi təlimin yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçirilməsi planlaşdırılıb.
“Təlim ordunun illik təqviminə uyğun olaraq və Quru Qoşunlarının döyüş hazırlığının artırılması istiqamətində tapşırığın icrası ilə əlaqədar keçirilir”, – deyə iranlı general vurğulayıb.