Xəbər - Elnur Bağışov – Trend:
İran 5 ölkə – Hindistan, Özbəkistan, İndoneziya, Azərbaycan və Vyetnamla preferensial ticarət üzrə müzakirələrini davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və Ticarət İnkişafı Təşkilatının sədri Həmid Zadbum jurnalistlərə açıqlamasında deyib.
H.Zadbumun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar müzakirələr əsasən vebinar formasında keçirilir.
O əlavə edib ki, bundan əlavə İran Avrasiya İqtisadi Birliyinə üzv ölkələr və Pakistanla da sərbəst ticarət üzrə müzakirələr aparır.
Nazir müavini deyib ki, İranın Azərbaycan, Rusiya, Çin və Omana ticarət attaşeləri 2-ci ayda (21 aprel -21 may 2021) nəzərdə tutulan ölkələrə göndəriləcək və ticarət attaşeləri səfirlərin nəzarəti ilə strateji plan çərçivəsində fəaliyyət göstərəcəklər.