Xəbər - Elnur Bağışov – Trend:
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır.
AzerTimes-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün mətbuat konfransında deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır: “Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.