İran Azərbaycanın azad edilmiş ərazilərində turizmin inkişafında maraqlıdır

Xəbər - Elnur Bağışov – Trend:

Azərbaycan və İran arasında xüsusi keçmişə və mövqeyə sahib Xudafərin körpüləri maksimum şəkildə diqqət mərkəzində olmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu İranın turizm, mədəni irs və əl işləri sənayesi naziri Əli Əsğər Munesan İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Xudafərin körpüləri ilə yaxından tanış olduğu zaman jurnalistlərə açıqlamasında deyib.

Ə.Munesanın sözlərinə görə, Xudafərin körpüləri iki ölkənin turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

O, bildirib ki, Xudafərin İran və Azərbaycanın mədəniyyət, tarix və turizm diplomatiyasının səfiri hesab olunur. Buna əsasən onun infrastrukturlarının gücləndirilməsi isitqamətində əsaslı işlər görüləcək.

Nazir əlavə edib ki, Xudafərin körpülərinin bərpası və beynəlxalq səviyyədə qeydiyyata alınması üçün Azərbaycan tərəfi ilə müzakirələr aparılacaq.

Teqlər: