İranda illik istehsal olunan 7 ton qızılın 35 faizi Qərbi Azərbaycan əyalətindən əldə edilir.
AzerTimes xəbər verir ki, bunu əyalətin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Əbdülhəmid Sərtipi deyib.
Qeyd edək ki, Qərbi Azərbaycanın Zərşuran və Ağdərə, Şərqi Azərbaycan əyalətinin isə Əndiryan mədənləri Yaxın Şərqin ən böyük qızıl mədəniləri sayılır.
Hər iki bölgədə işsizlik səviyyəsinin yüksək olmasına baxmayaraq, sözügedən mədənlərdə əsasən Çin, Rusiya, Gürcüstan və Ermənistan vətəndaşları işçi qüvvəsi olara cəlb edilir.