Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən açılacağına ümid edirik.
AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iyulun 10-da yerli və xarici media nümayəndələri ilə görüşündə deyib.
O, İranla Azərbaycan Respublikası arasında aparılan danışıqları müsbət hesab edib:
“Azərbaycan Respublikası ilə çox yaxşı və konstruktiv ikitərəfli yoldayıq. Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq və ümid edirik ki, qarşılıqlı səfərlər, müzakirələr nəticəsində yaxın gələcəkdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin açılışının şahidi olacağıq”.
O, əlavə praktiki addımlarla aparılan danışıqların nəticəsində səfirliyin fəaliyyətinin bərpası üçün əsaslar yarandığını iddia edib.
“İran diplomatik yerlərin təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edir. Gözlənilməz hadisə səfirliklərin təhlükəsizliyinin müəyyən edilməsi üçün meyar deyil”, – XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, bu il 27 yanvar tarixində Azərbaycan səfirliyinə qarşı terakt həyata keçirilib və səfirliyin bir əməkdaşı ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxsi İran polisi sonadək kənardan izləyib və heç bir müdaxilə etməyib.
hazırda teraktla bağlı araşdırma da şəffaf deyil və İran yaxalanan terrorçunu himayə etməklə məşğuldur.