İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır – Piter Teys

İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə İran hökuməti Yerevanla əlbir olaraq və bu ərazilərdən istifadə edərək qaçaqmalçılıq yolu ilə Avropa İttifaqının inkişaf etmiş ölkələrinə iri həcmdə kokain, heroin və metamfetamin nəql edib: “Tehranın narkotik ticarətinin genişlənməsində, xüsusilə də Cənub-Şərqi Avropa regionunda rolu təsəvvürolunmazdır. Son onillik ərzində İran administrasiyası Yerevanın bilavasitə dəstəyi ilə beynəlxalq sanksiyaları pozmaq üçün qanunsuz fəaliyyətin bütün növlərini həyata keçirib. Öz çirkin əməllərini reallaşdırmaq üçün İran mənfəətli narkotik bazarının fəal iştirakçısına çevrilib”.

P.Teys vurğulayıb ki, hazırda İranda və Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi ən gəlirli bizneslərdən hesab olunur. O əlavə edib ki, İran rejimi tarixən Ermənistan faşist avtokratları ilə sıx əlaqələrə malik olub və ikinci Qarabağ müharibəsi zamanı Tehran Ermənistana silah və piyadalar əleyhinə minalar göndərərək 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozub: “Erməni silahlı qüvvələri hər zaman Azərbaycan ərazilərində qorxunc cinayətlərini törətməkdə İran hakimiyyəti tərəfindən dəstək alıb. Ermənistanla İranın ittifaqı çərçivəsində həyata keçirilən bütün bu qanunsuz əməliyyatlar Avropa üçün ciddi təhlükə törədir. Xüsusilə, İranın bu addımları Avropa İttifaqının iqtisadiyyatına ciddi zərər vura bilər”.

Teqlər: