İranda Axırçərşənbə şənliklərinin qarşısının alınması üçün yarımhərbi “Bəsic” qüvvələri və mülki geyimli məmurlar işə cəlb olunub.
AzerTimes xəbər verir ki, bu barədə Tehranın Polis İdarəsinin rəisi Abbasəli Məhəmmədian açıqlama verib.
Qeyd edək ki, ötən gün Tehranda 21 nəfər şənlik mərasimlərinə hazırlıq gördükləri üçün həbs edilib.
Tehran rejimi onların şənlik mərasimlərindən istifadə edərək yeni etiraz nümayişləri keçirməyə hazırlaşdıqlarını iddia edir.