Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün lazımdır.
AzerTimes xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.
“Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”, – Kənani bildirib.
Qeyd edək ki, 19 apreldə Azərbaycanla Ermənistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşması Rusiya, Türkiyə də daxil olmaqla, ABŞ və AB-nin əksər ölkələri alqışlayıb. İran isə yalnız indi münasibət bildirir, həm də XİN sözçüsü səviyyəsində və “alqışlamır”, “hörmət edir”…