İranın aviadaşıyıcısı Beyruta – Livanın paytaxtındakı Rafik Həriri Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İran Hava Yollarından bildirilib ki, aviaşirkətin Beyrut reysləri növbəti xəbərdarlığa qədər dayandırılır.
Qeyd edək ki, İsrail ordusunun Beyruta zərbələri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah ölüb. Hazırda zərbələr davam etdirilir.