İran zənginləşdirilmiş uran ehtiyatlarını 60%-ə qədər artıraraq 55,6 kiloqrama çatdırıb.
AzerTimes xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı hesabatda bildirilib.
Bildirilib ki, atom bombası yaratmaq üçün nəzəri olaraq 42 kiloqramlıq 60%-ə qədər zənginləşdirilmiş uran kifayət edir. Əslində, İran artıq nüvə silahı üçün lazım olan normanı ötüb.