İran məhkəməsi ana dili hərəkatı fəalını dinc mədəni fəaliyyətlərinə görə 8 il azadlıqdan məhrum edib.
AzerTimes xəbər verir ki, bu barədə tanınmış vəkil, Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü Sina Yusifi Tvitter hesabında paylaşım edib.
O, ana dili fəalına cinayət törətdiyinə görə həbs edilən şəxsdən daha artıq cəza verildiyinə diqqət çəkib:
“Müvəkkillərimdən biri ana dili sahəsində fəaliyyətinə və türkcə kitab nəşr etdirdiyinə görə 8 il azadlıqdan məhrum edildiyi halda, həyat yoldaşının başını kəsərək qətlə yetirən cinayətkara 7.5 il iş verilib”.
Sina Yusifi barəsində paylaşım etdiyi müttəhimin kimliyi barədə heç bir açıqlama verməyib.