İran ali liderinin son durumu: xəstəliyi nə olub?

İran ali liderinin son durumu: xəstəliyi nə olub?

İranın Ali dini lideri Əli Xameneinin səhhəti ilə bağlı detallar ortaya çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, dini lider həkimlərin nəzarəti altındadır:

“Xamenei ağır xəstəlikdən sonra keçən həftə bütün görüşlərini və ictimai toplantılarını ləğv etdi. Onun həddindən artıq mədə ağrıları və yüksək hərarəti olub. Bundan sonra dini lider bağırsağında yaranan tıxanma ilə bağlı əməliyyat olunub. Əməliyyat ev və ofis kompleksində yaradılmış klinikada aparılıb. O, 24 saat həkim müşahidəsi altında saxlanılıb. Hazırda Xameneinin vəziyyətinin normallaşdığı bildirilir”.

Teqlər: