İran aktrisası hökuməti tənqid etdiyinə görə həbs edildi

İran aktrisası hökuməti tənqid etdiyinə görə həbs edildi

İranın məşhur aktrisası Taraneh Alidoostiyə beş ay müddətinə həbs cəzası verilib.

Kino ulduzu hökumət əleyhinə çıxışlar etməkdə ittiham olunur.

Sənətçinin vəkili Kaveh Rad twitterdə yazıb ki, aktrisanın 2 illik həbsi istənilib, lakin mübarizə nəticəsində cəza 5 aya endirilib.

Qeyd edək ki, Taraneh “Biz vətəndaş deyilik, məhkumuq, milyonlarla məhkum”, – deyə status yazmış, tvitterdə örpək taxmayan qadını təhqir edən əxlaq polislərini tənqid etmişdi.