19 mayda qəzaya uğrayan Prezident İbrahim Rəisinin helikopterinin qəza yerinin tapılması ilə bağlı İran Baş Qərargahı da açıqlama yayıb.
AzerTimes xəbər verir ki, İran ordusunun Baş Qərargahı Rəisinin helikopterinin qəza yerini “Akınçı” PUA-sının tapması barədə məlumatı bir daha təkzib etməyi lazım bilib.
“Olduqca əlverişsiz hava şəraitinin mövcudluğu, regionun coğrafi mürəkkəbliyi, eləcə də İranın SAR radarı ilə təchiz olunmuş qabaqcıl PUA-larının Hind okeanının şimalında missiyada olması və helikopterin düşdüyü bölgədən uzaq məsafədə yerləşməsi səbəbindən xilasetmə qüvvələri axtarışlara qaçılmaz olaraq qurudan başladı. Dost ölkələr əməkdaşlıqlarını elan etdikdən sonra Baş Qərargah ən yaxın ölkənin, yəni Türkiyənin təklifinə razılıq verdi. Lakin Türkiyə bölgəyə gecəgörmə və termal kameralarla təchiz edilmiş PUA göndərsə də, buludun altındakı nöqtələrin aşkarlanması və idarə olunması avadanlığının olmaması səbəbindən helikopterin qəzaya uğradığı yeri dəqiq bildirə bilməyib və nəhayət, Türkiyəyə geri qayıdıb. Nəhayət, bazar ertəsi səhər tezdən helikopterin qəzaya uğradığı yer Hind okeanının şimalındakı missiyadan gətirilən İran PUA-sı və quru xilasetmə qüvvələri tərəfindən aşkar edilib”, – Baş Qərargahdan qeyd edilib.
Xatırladaq ki, “Akınçı” PUA-sının axtarışı və qəza yerini tapmasını canlı olaraq 6 milyon şəxs izləyib.