İran açıqladı: Nə Ukraynaya, nə də Rusiyaya…

İran açıqladı: Nə Ukraynaya, nə də Rusiyaya…

İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir və bütün ölkələri bundan nümunə götürməyə çağırır.

AzerTimes xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin jurnalistlər arasında yaydığı bəyanatda deyilir.

“İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir, bu, itkilərin artmasına, infrastrukturun məhvinə və atəşkəs danışıqlarından uzaqlaşmasına gətirib çıxarır”, – deyə İranın diplomatik missiyası bildirib.

Teqlər: