İran ABŞ vətəndaşını həbs etdi

İran ABŞ vətəndaşını həbs etdi

İran-ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Tehran rejimimi daha bir amerikalını həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-nın “Semafor” saytı məlumat yayıb.

Məlumatda həbs edilən ABŞ vətəndaşının kimliyi qeyd edilmədən onun İranda həbs edilən 4-cü Amerika vətəndaşı olduğu bildirilib.

“İran dördüncü Amerika vətəndaşını həbs edib. Bu da Bayden administrasiyasının məhbusların mübadiləsi və Tehranla gərginliyi azaltmaq səylərini çətinləşdirib”,- məlumatda qeyd edilib.

Teqlər: