Xəbər - Elnur Bağışov – Trend:
İran iranlıların azad edilməsi qarşılığında ABŞ-la bütün siyasi məhbusları mübadilə etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla əlaqədar müzakirələr aparılmaqdadır. Hər iki dövlətin rəsmiləri tərəfindən müəyyən mesajlar verilib.
Hökumət sözçüsü qeyd edib ki, müzakirələrin nəticəsi və iranlı məhbuslar azad edilməsi haqda əlavə məlumat veriləcək.