İran ABŞ istehsalı silahı daşıyan gəmini saxladı

İran ABŞ istehsalı silahı daşıyan gəmini saxladı

İran sərhədçiləri ölkənin cənubunda ABŞ istehsalı olan 5 min ədəd soyuq silah daşıyan gəmini saxlayıblar.

AzerTimes xəbər verir ki, bunu İranın sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi deyib.

“Buşəhr əyalətində 5 mindən çox ABŞ istehsalı bıçaq və xəncər daşıyan gəmi saxlanılıb”, – o bildirib.

Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə gətirilən silahlar ölkədə iğtişaş törədən radikallar üçün nəzərdə tutulub.

Teqlər: