İran: ABŞ bizi qiymətləndirməlidir

İran: ABŞ bizi qiymətləndirməlidir

ABŞ Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verdiyini qiymətləndirməlidir.

AzerTimes xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. Birləşmiş Ştatlar öz tərəfindən aqressiv ritorikaya baxmayaraq, qəbul edilən bu qərarı yüksək qiymətləndirməlidir”, – o bildirib.

Onun sözlərinə görə, İran şənbə günü Omanda keçiriləcək danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirmək və ondan sonra cavab vermək niyyətindədir.

Teqlər: