İran keçən ay Co Bayden hökumətinə yazılı zəmanət verərək, Donald Trampı öldürmək niyyətində olmadıqlarını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məsələ ilə bağlı İran və ABŞ rəsmiləri hər hansı açıqlama verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi SEPAH rəsmisinin Donald Trampı öldürmək üçün Fərhad Şakiri adlı şəxsi işə cəlb etdiyini açıqlamışdı.