İran ABŞ-a xəbərdarlıq etdi

İran ABŞ-a xəbərdarlıq etdi

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın:

“HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq.

ABŞ regional tarazlığı pozdu və bu (İsrail) sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək”.

Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək:

“Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək”.

Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.

Teqlər: