İran Avropa Parlamentinin SEPAH-ı terror təşkilatları siyahısına daxil etmək qərarına cavab olaraq Avropa ölkələrinin ordularını terrorçu elan edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına daxil edilməsi ilə bağlı qətnaməsi yanlışdır:
“Bu onu göstərdi ki, sionist tərəfdarı Avropa ölkələrini ciddi yanlış hesablamalar aparmağa məcbur edib. Tehran bu addımlara qarşı öz vasitələrindən istifadə edəcək. Avropa ölkələri İranın maraqlarına zidd olaraq yanlış yol tutublar”.