İranın şərqində İsrail PUA-larının hücumunun qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“ETTELAAT və Talibanın iki ölkə sərhədindəki dağlıq ərazilərdə keçirilən birgə əməliyyat zamanı İran vətəndaşı olan 3 MOSSAD casusu saxlanılıb. Casuslar Əfqanıstan sərhədindən İrandakı hədəflərə qarşı kamikadze pilotsuz təyyarələr buraxmağı planlaşdırırdı”, – məlumatda qeyd olunub.