İradə Gülməmmədova Dünya Kubokunun qalibi ilə görüşdü (FOTO)

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ukraynanın Koblevo şəhərində keçirilən Universal döyüş növü üzrə Dünya Kubokunun birincisi, 11 yaşlı Səma Abbasova ilə görüşüb. Görüşdə rayon İdman Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev, təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və KİV nümayəndələri iştirak edib.

Abşeronlu yeniyetməni əldə etdiyi böyük nailiyyətə görə təbrik edən başçı S.Abbasovanın belə mötəbər yarışda qələbə qazanmasının ölkə idmanı adına əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri gələcək yarışlar üçün S.Abbasovanın öz tövsiyyələrini verib. Xanım başçı həmçinin Səmanın xarici dili öyrənməsi üçün fərdi qaydada hazırlıq görməsi istiqamətində lazimi tapşırıqlar verib.

İdmançımızın anası Elnarə Nəsirova da qızının artıq 3 ildir ki, idmanın Universal döyüş növü üzrə ciddi şəkildə məğul olduğunu, gələcəkdə daha böyük naliyyətlər əldə etməyi qarşısına əsas məqsəd qoyduğunu qeyd edib. Göstərilən diqqətə görə təşəkkürünü bildirən E.Nəsirova övladının daim Abşeron RİH-nin qayğısını gördüyünü dilə gətirib.


Sonda İ.Gülməmmədova idmançımıza əldə etdiyi uğurlara görə Fəxri Fərman və pul mükafatı təqdim edib.

Teqlər: