İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydası dəyişib

İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, elmi-texniki potensialının artırılması məqsədi
ilə büdcədənkənar vəsaitin xərcləndiyi istiqamətlər genişlənib.

AzerTimes-ın
məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və
elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və
ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə
Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bu vəsait İqtisadiyyat Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi
şəxslər və məhdud məsuliyyətli cəmiyyətlər) saxlanma xərclərinin
ödənilməsi, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün
maliyyə yardımının ayrılmasına da yönəldiləcək.

Eyni zamanda işçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların,
mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli
işinə görə bayram və digər əlamətdar günlərdə və ya onun səlahiyyət
verdiyi şəxs tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik)
mükafatlandırıla biləcəklər. Əvvəl bu səlahiyyət təkcə iqtisadiyyat
nazirində idi.

İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur
bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə
attestasiya komissiyasının tövsiyəsi əsasında və ya onun səlahiyyət
verdiyi şəxsin əmri (sərəncamı, qərarı) ilə də
rəsmiləşdiriləcək.

Teqlər: