İqtisadiyyat Nazirliyi və qurumlarının vahid Çağrı Mərkəzi yaradılıb

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət
Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da
asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə
Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, İqtisadiyyat Nazirliyi və qurumlarına “195-1” qaynar
xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək
olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər
ödənişsizdir.

4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş
günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət
göstərir.

Teqlər: