İqtisadi zonalarda məşğulluğun təminatı müzakirə edilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq
filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində
olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndələri ilə görüş
olub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə Agentliyin İdarə Heyətinin sədr müavini
Cəmaləddin Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin
direktor müavini Fuad Məhərrəmov və Peşə Təhsil Mərkəzinin
direktoru vəzifəsini icra edən Yadullah Babayev və “Sumqayıt Kimya
Sənaye Parkı” MMC-nin ərazisində fəaliyyət göstərən rezidentlər və
Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak edib.

C.Quliyev Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı
məlumat verib, birgə layihələrdən, işsiz və işaxtaran şəxslərin
məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın
əhəmiyyətindən və işəgötürənlərə dəstək məqsədi daşıyan sosial
layihələrdən danışılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin
direktor müavin Fuad Məhərrəmov əməkdaşlıqda maraqlı olduqlarını
bildirib Qeyd edilib ki, birgə əməkdaşlıq nəticəsində Peşə Təhsil
Mərkəzinin inzibati binasında özünəməşğulluq guşəsi yaradıla və
işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədilə peşə
kurslar təşkil edilə bilər.

Həmçinin, görüşdə qarşılıqlı münasibətlərin dərinləşməsi, bu
münasibətlərin hüquqi müstəviyə keçirilməsi üçün memorandumun
imzalanması barədə də müzakirələr aparılıb.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Göstərilən xidmətlər, icra edilən
layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: