İqtisadi sahədə əldə etdiyimiz uğurlarımız sayəsində mövqeyimizi dünya icimaiyyətinə qəbul etdirə bildik – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə Ali Baş Komandan İlham Əliyevin liderlik və sərkərdəlik məharəti sayəsində nail olmuşuq. 27 sentyabrda başladığımız Vətən müharibəsinə uzun illər hazırlaşmışdıq.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ilk növbədə iqtisadi müstəqilliyə nail olmadan müharibədən danışmaq mümkün deyildi:
“Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasına daxil olmağımızı şərtləndirdi. Ölkəmiz böyük qlobal layihələrə imzalar atdı, həm də beynəlxalq maliyyə qurumlarından asıllı vəziyyətə düşmədi. Çox az ölkələrdənik ki, xarici dövlət borcumuz ÜDM-in 20%-dən aşağıdır. Valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 3 dəfə çoxdur.

İqtisadi sahədə əldə etdiyimiz uğurlarımız sayəsində başımızı dik tutaraq öz ədalətli səsimizi və mövqeyimizi dünya icimaiyyətinə qəbul etdirə bildik. Uğurlu diplomatiyamız ölkəmizi informasiya blokadasından çıxardı və erməni yalanlarını üzə çıxardı.

Biz dünya ictimaiyyətini inandıra bildik ki, işğal olunan Azərbaycan torpaqlarıdır və bir milyon soydaşımız qaçqın-köçkün həyatını yaşayır. Xocalı soyqırımı və digər soyqırımlar azərbaycanlılara qarşı törədilmişdir.
Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər”.

A.Badamov qeyd edib ki, Azərbaycan iqtisadi gücünü səfərbər edərək dünyanın bir çox ölkələrinə yardımlar göstərdi, bir çox ölkələrdə humanitar layihələr icra etdi:

“Dünyada dostlarımızın sayı artdı. Azərbaycan 120 ölkənin dəstəyi ilə Qoşulmama hərəkatına sədri seçildi. Halbuki bu təşkilada mövqeləri və sözləri üst-üstə düşməyən ölkələr olmasına baxmayaraq hamı bizi dəstəklədi. Məhz 44 günlük Vətən müharibəsi dövründə BMT-nin TŞ-da ermənipərəst ölkələr antiazərbaycan sənədi qəbul etmək istəyəndə Qoşulmama Hərəkatına üzv ölkələr bizi dəstəklədilər və ölkəmizə yönəlmiş düşmən əllərinin qarşısı alındı.
44 günlük Vətən müharibəsi dövründə Türkiyə, Pakistan və Əfqanıstan ilk gündən yanımızda olduqlarını bəyan etdilər. Hətta İsrail Azərbaycanla müharibə aparan ölkələrə silah satmayacağını bəyan etdi.

Ölkə başçımızın apardığı düzgün və istiqamətlənmiş beynəlxalq siyasəti bu illərdə dünya ictimaiyyətini haqq işimizə inandıra bildi və 44 günlük Zəfər müharibəsi dövründə bizi xarici təzyiqlərdən qorudu. Prezident İlham Əliyev deyirdi ki, biz münaqişənin sülh danışıqlar yolu ilə həll olunmasını dəstəkləyirik, həm də əgər beynəlxalq ictimaiyyət münaqişənin ədalətli həllinə təsiri olmazsa hərb yolu ilə torpaqlarımızı azad edəcəyik və açıq şəkildə müharibə anonsunu verirdi. Bu illər ərzində ordumuz müasirləşmiş, müasir texnologiyalarla təchiz olunmuş və aparılan mütəmadi təlimləri ilə peşəkarlqlarını artırmışdılar.

Beynəlxalq reytinq təşkilatları ordumuzu dünyanın ən güclü 50 ordusu sırasına daxil etmişdi. Amma döyüş meydanında apardığımız müharibə sübut etdi ki, Azərbaycan ordusu nəinki dünyanın ən güclü 50 ordusu sırasında, hətta dünyanın aparıcı ölkənin ordusu ilə döyüşdə qalib gəlmək iqtidarındaydı. Bunu beynəlxalq hərbi ekspertlər də etiraf etmişdir. Bu gün ordumuzun hərbi taktikasını dünyanın aparıcı ölkələrin orduların təlimlərində tədris və təlim olunur. Azərbaycan 44 günlük Vətən müharibəsində XXI əsrin müharibəsini aparmışdır.

Ölkə başçımızın apardığı ədalətli siyasəti xalqımız tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı. Ölkədə yüksək həmrəylik və milli birlik formalaşdı. Hamı bir nəfər kimi Ali Baş komandanın yanında birləşərək dəmir yumruğa çevrildi və biz qalib olduq. Biz qalib xalqıq və Silahlı Qüvvələr Gününü də başımız uca, qürurla qeyd etdik. Təbii ki, torpaqlarımızın işağldan azad olunması işimizin bitməsi demək deyil. Biz ordumuzu daha da müasirləşdiririk. Artıq yeni müasir silahların alınması üçün kontraktlar imzalanmışdır. Hərbi təlimlərin keçirilməsi davamlı xarakter almışdır. Silahlı Qüvvələrimizin qarşısında yeni reallığa uyğun yeni vəzifələr dayanır. Bu ölkə ərazi bütövlüyünün qorunması, sərhədlərin tez bir zamanda müəyyənləşdirilməsi və hər hansı bir təxribatın baş verəcəyi halda dərhal qarşısını almaq və dəmir yumruğun gücünü bir daha nümayiş etdirməkdir. Biz yeni müharibə istəmirik. Münaqişə 10 noyabrda sona çatmışdır. Biz regionda uzun müddətli sülhün yaranmasının tərəfdarıyıq. Amma qarşı tərəf bunun əksinə hər hansı cəhdi olarsa dəmir yumruq dərhal yenidən hərəkətə keçəcək və düşmənlərimizi məhv edəcəkdir.

Vətən müharibəsində əldə ediyimiz qələbə ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun tənətənəsi və bu müharibədə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik, liderlik məharətinin bacarığı olmuşdur. Yaşasın müstəqil Azərbaycan Respublikası!”.

Teqlər: