Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünü təsdiqləməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək.
AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
Nazir deyib: “Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcəkdir”.