Türkiyənin TV aparıcısı Duyğu Dəmirdağın qonağı olan iqtisadçı İslam Məmişin kasıblıqla bağlı fikirləri sosial şəbəkədə gündəmə çevrilib.
AzerTimes xəbər verir ki, “Bir dosta lazım” proqramında danışan iqtisadçı aparıcının “2030-cu ilə kimi nə görəcəyik?” sualına “əsl yoxsulluq” cavabını verib.
“İnsanlar gələcəkdə yoxsulluğun necə olduğunu görəcəklər. “Yoxsulluğu indi də yaşayırıq” deyənlərə dərhal cavab verim: Hələ gördüyünüz nədir ki? Əsl yoxsulluq pulun olub, heç nə ala bilməməkdir. Yəni cibində pulun var, ancaq ala biləcəyin heç nə yoxdur”, – o bildirib.
İslam Məmiş belə bir situasiyanın bütün dünya üçün gözlənilən olduğunu bildirib.
Sözügedən videonu təqdim edirik: