Xəbər - Orxan Nəbiyev – Trend:
2021-ci ildə iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərlə əlaqədar dünyada 20 milyondan çox insan öz evini tərk etməli olub.
Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, ötən il ümumilikdə 30 milyon nəfər iqlim fəlakətləri nəticəsində yaşayış yerindən məhrum olub.
BMT baş katibi inkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün 100 milyard dollar vəsait ayırmaq vədini yerinə yetirməyə çağırıb.