Xəbər - Samir Əli – Trend:
Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqda yüksək
məhsulun alınması üçün düzgün aqrotexniki qulluq işləri aparılmalı
və düzgün gübrələmə tətbiq olunmalıdır. Məhsuldarlığın artırılması
və dənin keyfiyyət göstəricilərinin daha yaxşı olması üçün gübrənin
düzgün seçilməsi vacibdir.
Bunu AzerTimes-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev
bildirib.
Onun sözlərinə görə, Azərbaycanda taxılçılıqda əsas yemləmə
gübrəsi kimi amonium şorasından (silitradan) daha çox geniş
istifadə olunur: “Amonium şorasının tərkibində 34,7% , karbamid
gübrəsində isə 46,2 % təsiredici maddə hesabı ilə azot var.
Aparılan tədqiqat işləri və qoyulan təcrübələr göstərir ki, kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri baxımından karbamid
gübrəsi silitradan heç də geri qalmır. Tərkibində azotun yüksək
dərəcədə olması karbamidə iqtisadi cəhətdən üstünlük qazandırır.
Eyni zamanda, karbamid gübrəsinin üstünlüyü ondan ibarətdir ki, bu
gübrənin satış qiyməti silitra gübrəsinə nisbətən təxminən 2 dəfə
ucuzdur bitkiyə fiziki çəki hesabı ilə yemləmə şəklində bir hektara
hektara 200 kiloqram verilir. Aprel ayının ikinci yarısında isə
kökdən kənar yemləmə formasında hektara 20-30 kiloqram olmaqla
200-250 litr suda həll edilməklə verilir. Fevral ayında verilən 100
kiloqram karbamid gübrəsi ziqzaq mala vasitəsilə (yaşıl mala)
torpağa qarışdırılmalıdır”.
Faiq Xudayevin sözlərinə görə, karbamid gübrəsi bitkinin
kollanma əmsalını artırır: “Eyni zamanda, bitkinin yaşıl qalma
müddətini uzadır ki, nəticədə dənin daha yaxşı dolmasına, sünbülün
yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə
səbəb olur. Fermerlərimizə fevralın ikinci ongünlüyündən başlayaraq
hər hektar əkin sahəsinə fiziki çəkidə 100 kiloqram karbamid verib
yaşıl mala ilə torpağa qarışdırmağı tövsiyyə edirəm”.