Xəbər - Humay Ağacanova – Trend
İqlim dəyişikliyi və energetika sahəsində daha yüksək səviyyədə əməkdaşlıq olmasa, qlobal iqlim dəyişikliyi problemlərini həll edə bilmərik.
AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komenesku deyib.
O qeyd edib ki, bu sahədə regional, beynəlxalq əməkdaşlığa yer ayrılmalıdır:
“İqlim dəyişikliyini törədəcək təsirləri azaltmalı, eyni zamanda saf enerjidən istifadəni genişlədirməliyik. Bu, bizim əsas hədəfimiz olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.