
Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Söhbət zamanı Özbəkistan lideri Novqorod vilayətində Ukraynanın Putinin iqamətgahına dron hücumu ilə bağlı qəzəbini ifadə edib. Mirziyayev Kiyevin hərəkətlərini pisləyib və verdiyi açıqlamada bunu terror aktı adlandırıb.
Liderlər həmçinin qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərini bölüşüblər. Onlar Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafında əldə edilən uğurlardan məmnunluqlarını bildiriblər

