Xəbər - Samir Əli – Trend:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirib.
Komitədən AzerTimes-a verilən məlumata görə, BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyasının Fakültativ protokolu əsasında təşkil olunmuş monitorinqimizin məqsədi saxlanma şəraitinin, rəftarın, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının,onların qidalanması, gəzintiyə çıxarılması, dərman preparatları ilə, normal yataq şəraiti ilə təmin olunması,hava şəraiti ilə əlaqədar kameraların istilik sistemi ilə təmin olunması,pandemiya dövründə gigiyena qaydalarına əməl olunmasının öyrənilməsi olub:
“Monitorinqdə komitə sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.
Monitorinq zamanı heç bir nöqsan aşkar edilmədi, kameralarda istilik sistemi, havalandırma sistemi işləyir, saxlanılan şəxlərə gündə 3 dəfə isti yemək verilir, gündə iki saat təmiz havada gəzmək hüquqları təmin olunur, kameralarda təbii havalanma və işıqlanma var, gigiyena qaydalarına tam əməl olunur, həftədə iki dəfə dizinfeksiya işləri aparılır.Ümumi nəticə qənaətbəxş idi”.