iPhone 12 bu ölçü və ekran ilə təchiz olunacaq

iPhone 12 bu ölçü və ekran ilə təchiz olunacaq

Apple şirkətinin bu ilin payızında təqdim edəcəyi iPhone 12 smartfonu barəsində yeni məlumatları Display Supply Chain Consultants şirkətinin icraçı direktoru Ross Young təqdim edib.
Beləliklə verilmiş yeni məlumat sızıntısına əsasən Apple şirkəti bu ilki iPhone modellərini 3 fərqli ekran istehsalçısının ekranları ilə təchiz edəcək.

Adi iPhone 12 modeli Samsung istehsalı 5.4 düym OLED ekran, iPhone 12 Max modeli LG və ya BOE istehsalı 6.1 düym ekran, iPhone 12 Pro modeli 6.1 düym ekran, iPhone 12 Pro Max isə 6.68 düym ekran ilə təchiz olunacaq. Məlumatda həmçinin qeyd olunub ki, 5.4 düym OLED ekrana sahib olacaq adi iPhone 12 modeli RAM göstəricisindən asılı olaraq 649$-dan satışa çıxacaq. iPhone 12 Pro Max-ın ekranı isə 120 Hz tezlikli təsvir yenilənməsini dəstəkləyəcək. iPhone 12 smartfon seriyasının dəqiq təqdimat tarixi barəsində hələ heç bir məlumat yoxdur.

iphone12