İordaniyanın kommunikasiya naziri Mühənnəd Əl-Mubeydin ABŞ Prezidenti Co Baydenin amerikalı hərbçilərin məhz krallıq ərazindən hücuma məruz qalması barədə açıqlamasını təkzib edib.
AzerTimes-ın məlumatına görə, nazir bildirib ki, sərhəddə yerləşən ABŞ bazası Suriyanın Ət-Tanf bölgəsindən həyata keçirilən hücumla hədəf alınıb.
Qeyd edək ki, sözügedən hücumda 3 amerikalı hərbçi ölüb, 20-dən çox xəsarət alıb.
ABŞ Prezidenti Bayden ABŞ hərbçilərinə İordaniyada PUA ilə hücum edildiyini bildirib.