İordaniyada komendant saatı mayın 15-dək uzadılıb

İordaniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar karantin məhdudiyyətlərinin müddətini mayın 15-dək uzadıb.

AzerTimes-ın məlumatına görə, bunu paytaxt Amman şəhərində keçirilən mətbuat konfransı zamanı KİV-lərlə iş üzrə dövlət naziri Saher Dudin deyib.

Onun sözlərinə görə, fevralın 25-i tətbiq edilən komendant saatı dəyişiklik olmadan qüvvədə qalacaq: saat 18:00-dan 06:00-dək müəssisələr və təşkilatlar üçün, saat 19:00-dan 06:00-dək əhali üçün.


Nazir bildirib ki, istirahət günləri (cümə günü) ümumi lokdaun da qüvvədə qalır.