İordaniyada Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirildi

İordaniyada Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirildi

Müasir Azərbaycanın memarı və banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi mayın 10-da silsilə tədbirlər təşkil edib.

AzerTimes xəbər verir ki, öncə paytaxt Əmmanda yerləşən Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi baş tutub.

Tədbir Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və bir sıra üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının fəalları və Səfirliyin əməkdaşlarının iştirakı ilə keçirilib.

Ölkəmizin krallıqdakı səfiri Eldar Səlimov çıxışı zamanı əlamətdar və tarixi hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli”nin elan olunduğu barədə məlumat verib. Səfir dahi şəxsiyyətin həyatı, fəaliyyəti, sovet və postsovet dövründə xalqı və Vətəni üçün gördüyü misilsiz xidmətləri, eləcə də yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın ərəb-islam dünyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasındakı müstəsna rolu ətrafında geniş bəhs edib.

Tədbirin sonunda Ümummili Liderin əziz xatirəsinə dərin hörmət və təqdir olaraq, dairə və ətrafında şam ağaclarının əkilməsi həyata keçirilib.

Ardınca Səfirliyin binasında “Heydər Əliyev (1923-2023)” adlı elmi simpozium və İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd əl-Məlkəvinin müəllifi olduğu “Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)” adlı kitabın təqdimat mərasimi baş tutub.

Teqlər: