İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseyn COP29-a dəvət edilib.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
İordaniyada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevin salamlarını və Kral Əlahəzrət II Abdullah ibn Al Hüseynə ünvanlanmış ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə çatdırıb.