İordaniya İrana bağlı qrupu məhv etdi

İordaniya İrana bağlı qrupu məhv etdi

İrana bağlı onlarla silahlının Suriyadan İordaniyaya keçmək cəhdinin qarşısı alınıb.

AzerTimes xəbər verir ki, bu barədə İordaniya ordusu məlumat yayıb.

Silahlılarda reaktiv yaylım atəşi qurğuları, partlayıcı maddələr və piyada əleyhinə minalar olub.

İordaniya ordusunun onlara qarşı keçirdiyi əməliyyat zamanı partlayıcı maddə daşıyan avtomobillərdən biri məhv edilib. Bildirilib ki, İrana bağlı qanunsuz silahlı qruplaşma üzvləri İordaniya ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməyə səy göstəriblər.

Tərəflər arasında qarşıdurma zamanı bir İordaniya əsgəri həlak olub, İrana bağlı 10 silahlı məhv edilib.

Qeyd edək ki, bundan əvvəl İordaniya hökuməti bir neçə dəfə İran və Hizbullah təşkilatını Suriyadan İordaniya ərazisinə silah və narkotik maddələr keçirməkdə ittiham edib.

Teqlər: