Xəbər - Maryana Əhmədova – Trend:
Biz ümid edirik ki, 2022-ci ilin birinci yarısında İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılması üçün regional şirkəti yaradacağıq.
Bunu Trend-ə özəl müsahibəsində Monteneqronun energetika və mədən sənayesi üzrə dövlət katibi Marko Perunoviç deyib.
“Monteneqro sahil bölgəsində 50 və 100 meqavatt gücündə iki enerji obyekti yaratmağı planlaşdırır”, – deyə o bildirib.
Dövlət katibi qeyd edib ki, Monteneqro IAP vasitəsilə 250-300 min kubmetrə yaxın təbii qaz almaq niyyətindədir.
“Bu layihənin bütün iştirakçıları onun uğurla reallaşdırılması üçün birgə işləməlidir”, – o deyib.
Onun sözlərinə görə, Monteneqro, həmçinin “yaşıl” enerjiyə keçidə diqqət ayırıb. Bunun üçün Monteneqroya yeni stabil, təbii qaza əsaslanan enerji layihələri lazımdır.
(Tərcümə: Orxan Nəbiyev)