İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların təşviqi ilə
bağlı görülən işlər qeyri-neft-qaz sektoru üzrə ÜDM-ə müsbət təsir
göstərib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
“Bu göstərici cari ilin yanvar-fevral aylarında ötən ilin
müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 9.689,9 mln. manata
çatıb”, – nazir vurğulayıb.