Ölkəmizin aparıcı maliyyə qurumlarından biri olan Bank
Respublika, bank sahəsində olduğu kimi, kapital bazarında da uğurlu
fəaliyyətini davam etdirir.
Belə ki, Bankın emissiya etdiyi 15 milyon manat dəyərində olan
istiqrazlar Bakı Fond Birjasında (BFB) listinqə daxil edilib və
18 fevral 2022-ci il tarixində rəqabətli hərrac
üsulu ilə yerləşdirilməsini planlaşdırılır.
İstiqrazlar haqda ətraflı məlumat:
- Qiymətli kağızın növü – faizli, təmin
edilməmiş sənədli adlı istiqrazlar - Nominal dəyəri – 1.000 AZN
- Sayı – 15.000 ədəd
- İllik faiz dərəcəsi (kupon) – 8,5%
- Faizlərin ödənişi – hər 6 aydan bir
- Tədavül müddəti– 2 il
- Anderrayter – “Paşa Kapital” İnvestisiya
Şirkəti
“Bank Respublika”nın istiqrazlarını əldə etmək istəyən hər bir
şəxs BFB-nin
üzvü olan təşkilatlara müraciət edə bilər.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Bank Respublika”nın
emissiya etdiyi 10 milyon manat məbləğində istiqrazlar BFB-də
uğurla yerləşdirilmişdir. Hərrac zamanı Bankın emissiya etdiyi
istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq
nəticəsində hərracda tələb təklifi 30% üstələmişdir.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində
müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk
beşlikdə möhkəmlənmişdir. Ötən ilin nəticələrinə əsasən Bank bütün
biznes sahələri üzrə dinamik inkişaf göstərmiş və aktivləri 19%
artaraq 1,2 milyard manat, məcmu kapitalı 25% artaraq 104,48 milyon
manat, xalis mənfəəti isə, 3 dəfə artaraq 19,5 milyon olmuşdur.
Bank həmçinin, 2021-ci ildə Moody’s beynəlxalq reytinq agentliyi
tərəfindən ölkə bankları arasında olan ən yüksək beynəlxalq
reytinqlərdən (B3) birini almışdır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.