“InvestAZ”dan maliyyə bazarlarının həftəlik analizi

“InvestAZ” maliyyə bazarlarının həftəlik analizini
açıqlayıb.

EUR.

Rusiya-Ukrayna müharibəsi fonunda avro və funt üzərində
təzyiqlər artmaqda davam edir. Həmçinin çərşənbə günü keçirilən
toplantısında FED-in faiz artımı ehtimalları da EURUSD cütlüyündə
eniş tendnesiyasının dərinləşməsinə səbəb olur. Məzənnə 1.09 həddi
altında qalsa, 1.07 hədlərinə qədər ucuzlaşa bilər.

Bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan
dərc ediləcək sinflyasiya göstəriciləri və AMB sədri Kristin
Laqartın açıqlamaları investorların diqqət mərkəzində
olacaqdır.

GBP.

Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir.
Lakin cümə axşamı günü keçirilən iclasdan sonra, İngiltərə Mərkəzi
Bankının dekabr ayından bəri üçüncü dəfə faiz dərəcələrini
artıracağı gözlənilir.Amma rəsmilərin 0.5%-lik artımdan daha çox
0.25%-lik artıma üstünlük verəcəyi düşünülür. Qərara əsasən
məzənnədə ciddi dalğalanma müşahidə oluna bilər.

TRY.

USDTRY məzənnəsində lirənin zəiflədiyi müşahidə olunur. Məzənnə
14.87 həddi üzərinə yüksələ, 15.91 həddinə qədər bahalaşa bilər.
Cümə axşamı diqqətlər TCMB-nin növbəti toplantısına yönələcək.

OIL.

Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşan neft qiymətlərində
hazırda korrektiv enişlər yaşansa da, eniş tendensiyası
divergensiya ilə müşahidə olunur. Brent neftinin qiyməti 115$–ın
üzərinə yüksəlsə, artım tendensiyası davam edə bilər. Enerji
birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin
artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və
korreksiya 88$-a kimi dərinləşə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qlobal risklər səbəbilə qızıla tələb yüksək olsa da, bu həftə
FED-in faiz artımı ehtimalları fonunda qızılda enişlər müşahidə
olunur. Qiymət 1958$-ın altına düşsə, eniş tendensiyası 1880$-a
kimi davam edə bilər.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar
Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986
saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja
ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi,
market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

_________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə
xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar
yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən
investisiya əməliyyatları üzrə heç bir öhdəlik
daşımır.

Teqlər: