“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Risklərin artması ilə qırılma anı

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avropada iqtisadi və biznes mühitində risklərin artması və
Ukrayna müharibəsi fonunda sülh danışıqları fonunda ümidlərin
azalması, EURUSD məzənnəsinin ucuzlaşmasında da özünü göstərir.

Təhlillərə əsasən, cari qlobal eniş trendi 1.06$-a kimi davam
edə bilər.

GBP.

GBPUSD məzənnəsi fonunda ehtimallar da trendin 1.25$-a kimi
davam edəcəyi istiqamətindədir.

TRY.

Türkiyədən inflyasiyanın yenidən azalacağı ümidləri lirədə
ucuzlaşma dalğasını zəiflətsə də dollar indeksində yüksəliş USDTRY
məzənnəsinin də maksimumlarda ticarət olunmasına səbəb olur.

Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da istehsal gücünə dair
dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol
oynayacaqdır.

OIL.

Qlobal risklərin artması tələbin azalması neft qiymətlərinin də
enməsinə səbəb olur. 106$-ın altında qalan Brent neftinin bir
bareli 93$-a kimi dəyər itirə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

FED-dən sonra Avropada da xüsusilə Fransada liberalların
prezident seçkilərini qazanmasından sonra AMB-nin faiz artımı
ehtimalları ilə bərabər qızılın qiymətinə qarşı təzyiqlər də artıb.
Beləliklə, son eniş dalğası 1890$-a (60.8$/qram) kimi davam edə
bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: